TARİXİ İPƏK YOLU ÜZƏRİNDƏ TURİZM PERSPEKTİVLƏRİ VƏ İQTİSADİ İNKİŞAF

Yazarlar

  • Zekeriya BİNGÖL Muğla Sıtkı Koçman Üniversitesi
  • Cavadxan QASIMOV Naxçıvan Dövlət Universiteti
  • Flora ƏLƏSGƏROVA Azərbaycan Dövlət Turizm və Menecment Universiteti
  • Aktolkin ABUBAKİROVA Ahmet Yesevi Üniversitesi

Anahtar Kelimeler:

?p&#601- k- Yolu- tarixi- inki?af- turizm- insan- t&#601- bii- ehtiyatlar- dünya- inteqrasiya- infrastrukrtur- &#601- m&#601- zona- milli- v&#601- s.

Özet

Xalqların sosial-iqtisadi inkişaf proseslərindəki tənzimləyici iştirakına nəzər saldıqda aydın olur ki, onlar təkcə bir ölkə miqyasında deyil, həm də ölkələrarası beynəlxalq iqtisadi münasibətlərin hərəkətverici qüvvəsinə çevrilmişlər. Zaman-zaman təşəkkül tapan bu gediş, tarixi inkişafın müəyyən mərhələsində ölkələrin sürətli inkişafına stimul olmaqla, materiklərin və qitələrin vəhdət körpüsünə çevrilmişdir. İqtisadi inkişafı hədəfləyən hər bir ölkə sözü gedən sahə üzrə islahatların davamlılığına diqqəti də artırmış və bununla da bütünlükdə dünya iqtisadiyyatının uzunmüddətli inkişafında təkmil və yekdil amil olmuşdur. Beynəlxalq miqyasda əmtəə mübadiləsinin, ticarət dövriyyəsinin, ixtisaslaşmanın, iqtisadi çoşaxəliliyin, səmərəli idarəetmənin, dayanışmanın, inteqrasiyanın və bu kimi bir çox üstünlüklər fonunda milli iqtisadiyyatların tükənməz perspektivlərinin formalaşdığı proseslər müasir günümüzə qədər böyük inkişaf yolu keçmişdir. Təbii ki, burada iqtisadiyyatın lokomitivi hesab olunan təbii ehtiyatların və onlardan məqsədyönlü istifadənin təminatçısı olan insan amilinin rolu olduqca böyük olmuşdur. Göründüyü kimi, sadalanan amillərin dinamik tənzimləyici koordinasiyası uzunəsrlik tarixə və iqtisadi potensiala malik olan missiyanın – İpək Yolunun mövcudluğuna zəmanət vermişdir ki, bu da zaman keçdikcə öz aktuallığını daha da artırmaqdadır. Ölkələrarası iqtisadi axının, mübadilənin və ticarətin təşəkkülü eyni zamanda İpək Yolu üzərində güclü və perspektivli turizm potensialının etibarlı bazasını da yaratmış oldu.

İndir

Yayınlanmış

2022-09-06

Sayı

Bölüm

Makaleler