Ardıcıl olaraq dəyişən dünya qanunları meqaiqtisadi proseslərin yeni qaydalarda və yeni müstəvidə tənzimlənməsini tələb etməkdədir. Bu mənada ölkələrin başlatdıqları iqtisadi islahatlar milli zəmindəki tədbirlərin davamlılığına stimul vermək məqsədini daşımaqdadır. Burada iqtisadi tarazlığın nəzərə alınması, hazırkı şəraitdə və gələcək dövrlərdə təbii ehtiyatlardan istifadənin səmərəli yollarının axtarılıb tapılmasında ciddi xəbərdalığa çevrilmişdir. Əlavə olaraq, terror təhdidlərinin və müharibə ocaqlarının yaranması bu istiqamətdəki tədbirliliyi daha da zəruri etməkdədir. Məhz bu mənada regionda güclü iqtisadi güc olaraq təşəkkül tapan Türkiyə və Azərbaycan işbirliyinin varlığı ciddi ehtiyac olaraq özünü göstərməkdədir. Reallaşdırılan dünya əhəmiyyətli strateji layihələr eyni zamanda iki ölkənin turizm sektorundakı uğurları da artırmaqdadır. Bu sektor özünün sosial-iqtisadi, ictimai-siyasi, hətta diplomatik səmərəliliyi ilə artıq müasir dünya gerçəkliyində özünü təsdiq etmişdir. Eyni zamanda turizm iki ölkə arasında tarixən mövcud olan dostluq, qardaşlıq və mədəni irs münasibətlərinin yeni sosial-iqtisadi dəyələr əsasında inkişafına stimul verməkdədir. Azərbaycan və Türkiyə dövlətləri məhz bu əlaqələri bir millət iki dövlət anlayışı çərçivəsində daha dinamik şəkildə davam etdirməkdədirlər.