E.ә. IV minilliyin sonu III minilliyin ortalarına qәdәr Azәrbaycan әrazisindә erkәn tunc dövrü mövcud olmuşdur. Arxeoloji abidәlәrdә bu dövrü Kür-Araz mәdәniyyәti adlandırırlar. Bu dövrdә insanlar iqtisadiyyat üçün yararlı olan yerlәrdә yaşamağa üstünlük verirdilәr. Artıq e.ә. III minillikdәn başlayaraq toxa әkinçiliyi xış әkinçiliyi ilә әvәz edilmәyә başlandı. Bu dövrdә baş verәn iqtisadi dәyişiliklәr ictimai-siyasi hadisәlәr, mәdәni proseslәr arxeoloji abidәlәrdә vә bu abidәlәrdәn әldә olunan maddi-mәdәniyyәt nümunәlәrindә daha aydın şәkildә izlәnir. MilQarabağn ilk tunc dövrü әhalisinin hәyat vә mәişәtindә inkişaf etmәkdә olan sәnәtkarlıq sahәlәridә önәmli yer tutmuşdur. Buraya dulusçuluq, bәsit metallurgiya vә metal işlәmә, daş işlәmә, sümük işlәmә, bәsit toxuculuq, dәri aşılaması sahәlәr aid olmuşdur.