Tәdqiqatın mәqsәdi Azәrbaycanda korporativ idarәetmә standartlarından istifadә edilmәsi ilә istehsalın mәqsәdlәrinә nail olunması üçün ayrı-ayrı ünsürlәrin qarşılıqlı tәsiri öyrәnilmәsidir. Mәqalәdә müxtәlif tәyinatlı korporativ idarәetmә strukturu üzrә nәzәri bilirlәrdәn istifadә edilmişdir. Tәdqiqatın elmi yeniliyi sәnaye müәssisәlәrindә korporativ idarәetmәnin tәşkilindә istehsal prosesi üzrә iqtisadi metodologiyanın tәkmillәşdirilmәsindә beynәlxalq standartlara uyğunlaşmasıdır. Tәdqiqat nәticәsindә Azәrbaycan Respublikası üzrә sәnaye müәssisәlәrindә sәmәrәli korporativ idarәetmәnin formalaşdırılması sahәsindә hәr bir element ayrıca araşdırılmışdır. Tәdqiqatın tәcrübi әhәmiyyәti ondan ibarәtdir ki, aydiyyatı üzrә fәaliyyәt sahәlәrindә tәdqiqat nәticәlәrindәn faydalanması imkanlarının olmasıdır.