WEB-SӘHIFӘNIN IŞ KEYFIYYӘTININ MÜŞTӘRİ QIYMӘTLӘNDIRMӘSI METODUNUN IŞLӘNILMӘSI.
DOI:
https://doi.org/10.17740/eas.eus.2016‐V4‐02Anahtar Kelimeler:
Müştәri Aktivliyi- Müştәrilәr Bazası- Müştәri Qiymәt Vektoru- Müştәri Qiymәt Matrisi- Münasibәt Әlifbası- Tәbii Ayırıcılar- Müştәri QiymәtiÖzet
Mәqalәdә reklam marketinq fәaliyyәti ilә mәşğul olan Web sәhifәnin iş keyfiyyәtinә müxtәlif istifadәçilәr vә müştәrilәr tәrәfindәn verilәn yekun qiymәtin tәyin edilmәsi metodu işlәnmişdir. Bu mәqsәdlә Web sәhifәyә müraciәt edәn vә sәhifәnin fәaliyyәtini müxtәlif vasitәlәrlә qiymәtlәndirәn müştәrilәrin bazası ( Customer Data Base ( CDB) ) strukturu işlәnmişdir. Müştәrilәrin Web sәhifәnin fәaliyyәtinә qiymәt verә bilmәk üçün istifadә edә bilәcәklәri bәzi mәnbәlәr araşdırılmışdır. Tekst (mәtn) xarakterli mәnbәlәrdә verilmiş linqvistik qiymәtlәrdәn vә müştәri aktivliyindәn әdәdi qiymәt formalaşdırmaq üçün metodlar verilmişdir. Müxtәlif müştәrilәrin verdiklәri qiymәtlәrdәn müştәri qiymәt matrisi CPM formalaşdırılmışdır (Customer price matrix – CPM ). Yekun olaraq müxtәlif mәnbәlәrin vә müştәrilәrin çәki әmsallarından istifadә edәrәk Web sәhifә üçün müştәri qiymәti tәyin edilmişdir.